Şəkidə "ASAN Xidmət"in 2-ci mərtəbəsindən yıxılan 4 yaşlı qız ölüb

Tarix: 29 Aug 2025 11:58

Bu gün səhər saatlarında Şəki "ASAN Xidmət" mərkəzinin ikinci mərtəbəsindən 4 yaşlı Həbibova Mələk Nicat qızı yıxılıb.

APA-nın yerli bürosu xəbər verir ki, azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər Lenti