“Azeri Light” yenə bahalaşdı

“Azeri Light” yenə bahalaşdı

Tarix: 21 Dec 2023 10:14

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,4 dollar və ya 1,67 % artaraq 85,35 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, ötən gün neftimiz 83,95 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti