Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO

Tarix: 21 Dec 2023 16:47

Hacıqabulda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. “Toyota Prado” markalı avtomibillə “QAZel” markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər hadisə yerində ölüb. Xəsarət alan 2 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə cəlb edilən FHN əməkdaşları avtomobildə sıxılmış halda qalan meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO
Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO
Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO

Mənbə: apa.az

Xəbər Lenti