Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Tarix: 21 Dec 2023 18:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 113-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili və “ГАЗель” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

16.47

Hacıqabulda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. “Toyota Prado” markalı avtomibillə “QAZel” markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər hadisə yerində ölüb. Xəsarət alan 2 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə cəlb edilən FHN əməkdaşları avtomobildə sıxılmış halda qalan meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti