Şirvanda mikroavtobus qəzaya düşüb, 6 nəfər xəsarət alıb - FOTO

Tarix: 21 Dec 2023 18:50

Şirvanda yol qəzası olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan magistralında baş verib.

Şirkətlərdən birinə məxsus mikroavtobus arxadan avtokrana çırpılıb.

Nətcədə 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti