“Beşiktaş” 1 ay əvvəl təyin olunan baş məşqçi ilə yollarını ayırdı

“Beşiktaş” 1 ay əvvəl təyin olunan baş məşqçi ilə yollarını ayırdı

Tarix: 22 Dec 2023 02:27

Türkiyənin “Beşiktaş” klubu baş məşqçi Rıza Çalımbay ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytında məlumat yayılıb.

Bildirilib ki, “Alanyaspor” matçından sonra baş tutan iclasda buna qərar verilib. 

Xatırladaq ki, Rıza Çalımbay kluba bir ay əvvəl baş məşqçi təyin edilmişdi. 

Qeyd edək ki, ötən gün “Beşiktaş” “Alanyaspor”la matçda 1:3 hesabı ilə uduzub.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti