“Mançester Siti” dünya çempionu olub

“Mançester Siti” dünya çempionu olub

Tarix: 23 Dec 2023 01:03

İngiltərənin “Mançester Siti” və Brazilyanın “Fluminense” klubunun qarşılaşdığı 2023-cü il klublararası dünya çempionatının final oyunu başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, görüş İngiltərə klubunun 4:0 böyükhesablı qələbəsi ilə başa çatıb.

Bununla da “Mançester Siti” tarixində ilk dəfə Klublararası Dünya Çempionatının qalibi olub.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti