Sumqayıtda qadın kirayə qaldığı evdə özünə xəsarət yetirib

Sumqayıtda qadın kirayə qaldığı evdə özünə xəsarət yetirib

Tarix: 23 Dec 2023 09:00

Sumqayıtda qadın özünə xəsarət yetirib.

APA xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Həbibova Rəqsanə Novruz qızı kirayə yaşadığı mənzilin ev sahibi ilə aralarında baş vermiş münaqişə zəminində ülgüclə qolunu kəsərək intihara cəhd edib.

O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti