Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Dec 2023 11:30
Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısındakı yolda baş verib.
Belə ki, “Opel” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


Mənbə: qafqazinfo.az