Gəncədə mağaza yanıb

Gəncədə mağaza yanıb

Tarix: 23 Dec 2023 14:48

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Akif Nəsibova məxsus 20 kvadratmetrlik mağazada anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. . Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mağazaya bitişik olan ev yanğından mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Gəncədə mağaza yanıb
Gəncədə mağaza yanıb
Gəncədə mağaza yanıb

Mənbə: apa.az

Xəbər Lenti