ADY bu ilin 11 ayı ərzində 350 blok-qatar qəbul edib

Tarix: 08 Dec 2025 12:09

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin 11 ayı ərzində 350 blok-qatar, o cümlədən 128 tranzit qatar qəbul edib.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir.

Məlumata görə, hesabat dövrdə ümumilikdə 123 992 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (105 496 TEU) təxminən 18% çoxdur.

Emil İsmayılov ADY dəmir yolları

Xəbər Lenti