Prezidentliyə namizədliyini irəli sürənlərin sayı 15-ə çatıb

Prezidentliyə namizədliyini irəli sürənlərin sayı 15-ə çatıb

Tarix: 23 Dec 2023 16:34

Fevralın 7-də keçiriləcək seçkilərdə Prezidentliyə namizədliyini irəli sürənlərin sayı 15 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. 

“Bunlardan 7-nin namizədliyi artıq təsdiq edilib. Digər 8 namizədin də təsdiq olunması üçün iş aparılır” - deyə sədr vurğulayıb.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti