Su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Tarix: 08 Dec 2025 16:03

Su anbarında qanunsuz balıq ovlayan şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Regional qrupundan APA-ya verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Cəfərov saxlanılıb.

Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Selcan Zaurqızı Su anbarı qanunsuz balıq ovu

Xəbər Lenti