“Cəlilabad” qələbə qazandı

“Cəlilabad” qələbə qazandı

Tarix: 23 Dec 2023 18:49

Bu gün Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 9-cu turunun növbəti oyunu baş tutub. 

"Qafqazinfo" xəbər verir ki, "Cəlilabad" doğma azarkeşləri önündə "Xırdalan" klubunu qəbul edib və rəqibi üzərində 98-90 hesablı önəmli qələbə qazanıb. 

Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Tomas Kobi - 32 xal, 11 ribaund), "Xırdalan" (Teyvion Kirk - 26 xal, 7 ribaund)

Qeyd edək ki, 9-cu turun son oyunu ("Şəki" - "NTD-İNDİQO") 24 dekabr tarixində baş tutacaq.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti