Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 08 Dec 2025 17:46
Misli Premyer Liqasının XIV turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu yarımçıq dayandırılıb.
Apasport.az xəbər verir ki, buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.
Qarşılaşma 23-cü dəqiqədə dayandırılıb.
Matçın taleyi ilə bağlı qərar daha sonra veriləcək.
Qəbələ Turan Tovuz matç futbol