Zaqatala sakininin meyiti evinin həyətyanı sahəsindəki tikilidən tapılıb

Tarix: 08 Dec 2025 20:08

Zaqatalada yardımçı tikilidən kişi meyiti tapılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.

Belə ki, Əliabad qəsəbə sakini, 1954-cü il təvəllüdlü İsmayıl Tanrı oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə ailə üzvləri tərəfindən aşkar olunub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Vüqar Heydərov

Xəbər Lenti