Zaqatalada ikimərtəbəli ev yanıb

Tarix: 23 Dec 2023 22:07

Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə yanıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər Lenti