Cənub rayonlarında güclü külək əsir, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayanıb

Cənub rayonlarında güclü külək əsir, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayanıb

Tarix: 23 Dec 2023 22:59

Güclü külək Cənub rayonlarında bir sıra problemlərə yol açıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, son bir neçə saat ərzində hava şəraiti sakinlər arasında təşvişə səbəb olub.

Bununla bağlı Cəlilabad təcili tibbi yardım stansiyasına 10, Biləsuvara isə 6 çağırış daxil olub.

Bu da əvvəlki günlə müqayisədə təxminən 2 dəfə çoxdur.

Əksər ərazilərdə elektrik enerjisinin verilişi dayanıb.

Digər fəsadların olub-olmaması araşdırılır.

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.

Mənbə: apa.az

Xəbər Lenti