Bakıda usta tikintidən yıxılaraq ölüb

Tarix: 09 Dec 2025 10:37

Bakıda 62 yaşlı usta tikintidən yıxılaraq ölüb.

APA xəbər verir ki, hadisə dekabrın 8-də Yasamal rayonunda baş verib. M.Xiyabani küçəsində yerləşən “Jasmin Park” yaşayış kompleksində tikinti işləri aparılan 16 mərtəbəli evin 5-ci mərtəbəsindən usta Cəlilabad rayon sakini 1963-cü il təvəllüdlü Lazım Bağırov ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Araşdırma aparılır.

Selcan Zaurqızı

Xəbər Lenti