Gədəbəydə qəza olub, xəsarət alan var

Gədəbəydə qəza olub, xəsarət alan var

Tarix: 17 Nov 2023 20:49

Gədəbəydə yol-nəqliyyat hadisəsi hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlunatına görə, hadisə rayonun Kiçik Qaramurad kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını yoldan çıxaraq bordürə dəyib.

Qəza zamanı sürücü, 1953-cü il təvəllüdlü Musa Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti