FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Tarix: 09 Dec 2025 15:17

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Apasport.az xəbər verir ki, o, "Frayburq" - "Zaltsburq" matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, "Frayburq" - "Zaltsburq" matçı dekabrın 11-də baş tutacaq.

Elçin Məsiyev UEFA Avropa Liqası FIFA referisi

Xəbər Lenti