Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 24 Dec 2023 19:03
Bu gün Adrian Mutu ilə rəsmi şəkildə yollarını ayıran "Neftçi"nin yeni baş məşqçisi açıqlanıb.
“Qafqazinfo” klubun rəsmi TV-ə istinadən xəbər verir ki, bu vəzifəyə monteneqrolu mütəxəssis Miodraq Bojoviç təyin olunub.
Qeyd edək ki, 55 yaşlı yeni baş məşqçi “Belqrad”, “Boraç”, “Obiliç”, “Hayduk” (Belqrad), AEK (Pafos), “Buduçnost”, “Qrbal”, “Amkar” (Perm), “Moska”, “Dinamo” (Moskva), “Rostov”, “Lokomotiv” (Moskva), “Srvena Zvezda”, “Krılya Sovetov” kimi klublarda da baş məşqçi olub.
Mənbə: qafqazinfo.az