Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 24 Dec 2023 18:47
Sumqayıtda zəncirvarı qəza baş verib, xəsarət alanlar var.
APA xəbər verir ki, hadisə Sülh prospektində baş verib.
“Range Rover” və “Volkswagen Passat” markalı minik avtomobilləri toqquşaraq yolda hərəkət edən mikroavtobusu da hərəkət zolağından çıxarıb.
Hadisə nəticəsində mikroavtobusda olan iki nəfər yüngül, “Volkswagen Passat”-ın sürücüsü isə ağır xəsarət alıb.
Fakt araşdırılır.


Mənbə: apa.az