Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 24 Dec 2023 20:24
Lənkəranda bıçaqlanma hadisəsi olub. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Təngivan kəndində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü Valeh Asif oğlu Əliyev bibisi qızı 2003-cü il təvəllüdlü Sevgi Əzimovanı bıçaqlayıb. Ağır bıçaq yarası alan S.Əzimova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yaxın qohumlar bir həyətdə yaşayırlar.
Surxay Şahbazov
Mənbə: qafqazinfo.az