Millimiz Latviyanı məğlub etdi

Millimiz Latviyanı məğlub etdi

Tarix: 17 Nov 2023 21:44

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda “Dalğa Arena”da Latviya U-21-lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 32-ci dəqiqədə Camal Cəfərov vurub.

Qeyd edək ki, Samir Əliyevin komandası Avropa çempionatının seçmə mərhələsində noyabrın 21-də Ukrayna ilə qarşılaşacaq. Oyun İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti