Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 10 Dec 2025 01:57
"Qalatasaray" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi səfərdə Fransanın "Monako" klubu ilə üz-üzə gəlib.
"Stade Luis 2" stadionunda Bakı vaxtı ilə saat 00:00-da başlayan matçda meydan sahibləri qələbə qazanıb: 1:0.
Folarin Baloqun görüşdə yeganə qolun müəllifi olub. "Monako"nun heyətində 51-ci dəqiqədə Denis Zakariya penaltidən yararlana bilməyib.
Bu məğlubiyyətdən sonra "Qalatasaray" 9 xalda qalıb, Fransa təmsilçisi isə öz növbəsində xallarının sayını 9-a yüksəldib.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, VI tur 00:00. "Monako" (Fransa) - "Qalatasaray" (Türkiyə) 1:0 Qol: Baloqun, 68
ApaSport