Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 10 Dec 2025 11:29
“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası” təsdiq edilib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qayda mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, həmçinin yerli özünüidarəetmə orqanları tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin (bundan sonra – qiymətləndirilmə) aparılması qaydasını müəyyən edəcək. Qiymətləndirilmə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu Qaydanın tələblərinə uyğun həyata keçiriləcək.
Firuzə Vahid Elektron xidmətlər