“Qarabağ” - “Ayaks” oyununda hesab bərabərləşib - YENİLƏNİB

Tarix: 11.12.2025 02:28

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” komandaları arasındakı oyunda ikinci qol vurulub.

APA xəbər verir ki, matçın 39-cu dəqiqəsində rəqibin heyətində Kasper Dolberq diqqət mərkəzinə düşüb.

Hazırda hesab bərabərdir - 1:1.

*** Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda hesab açılıb.

APA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 10-cu dəqiqəsində komandamızın heyətində Kamilo Duran fərqlənib - 1:0. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

Xəbər Lenti