“Qarabağ” öz meydanında “Ayaks”a məğlub olub - YENİLƏNİB-4

Tarix: 11.12.2025 03:40

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, Liqa mərhələsinin VI turunun oyunu saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürüb.

Gərgin keçən qarşılaşmada qapılara 6 qol vurulub. Görüş "Ayaks"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, VI tur

10 dekabr

21:45 "Qarabağ" – "Ayaks" (Niderland) 2:4

Qol: Kamilo Duran, 10, Kasper Dolberq, 39, Mateuş Silva, 47, Oskar Qlux, 79, 90, Anton Qaaey, 83

Baş hakim: Rade Obrenoviç (Sloveniya) Tofiq Bəhramov adına Respublika stadionu

*** Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda beşinci qol vurulub.

APA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 83-cü dəqiqəsində rəqibin heyətində Anton Qay “Ayaks”ı önə keçirib - 3:2.

***

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda dördüncü qol vurulub.

APA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 78-ci dəqiqəsində Oskar Qlux hesabı bərabərləşdirib - 2:2. *** Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda üçüncü qol vurulub.

APA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 47-ci dəqiqəsində Mateus Silva komandamızı önə keçirib - 2:1.

*** Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” komandaları arasındakı oyunda ikinci qol vurulub.

APA xəbər verir ki, matçın 39-cu dəqiqəsində rəqibin heyətində Kasper Dolberq diqqət mərkəzinə düşüb.

Hazırda hesab bərabərdir - 1:1.

*** Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda hesab açılıb.

APA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 10-cu dəqiqəsində komandamızın heyətində Kamilo Duran fərqlənib - 1:0. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

Xəbər Lenti