Cümə, 12 Dekabr, 2025
Tarix: 11.12.2025 03:26
Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü A. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, A. Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu, 2003-cü il təvəllüdlü İ. Cəfərov tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu