Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 11 Dec 2025 08:48
Goranboyda iki nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində A. Məmmədov və V. İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 23:26 Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü A. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, A. Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu, 2003-cü il təvəllüdlü İ. Cəfərov tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu