Tovuzda "VAZ" "Azərişıq"ın yük maşınına çırpılıb, xəsarət alanlar var - FOTO

Tovuzda "VAZ" "Azərişıq"ın yük maşınına çırpılıb, xəsarət alanlar var - FOTO

Tarix: 25 Dec 2023 23:32

Tovuzda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını yol kənarında dayanan "ZİL" markalı yük avtomobilinə çırpılıb.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki "ZİL" markalı avtomobil "Azərişıq" ASC-yə məxsus olub.

Briqada ötən gün küləyin elektrik enerjisinə vurduğu fəsadları aradan qaldırmaq üçün ərazidə işləyirmiş

Faktla bağlı araşdırma aparılır.

Tovuzda "VAZ" "Azərişıq"ın yük maşınına çırpılıb, xəsarət alanlar var - FOTO

Mənbə: apa.az

Xəbər Lenti