Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 11 Dec 2025 10:05
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində "VAZ-2104" markalı avtomobil yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Ə.Bayramovanı vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu Tovuz yol qəza piyada ölüm faktı