Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 11 Dec 2025 17:10
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Lerikdə baş verən yol qəzası barədə məlumat yayıb.
İdarədən APA-ya verilən məlumata görə, idarə etdiyi “VAZ 2121” markalı avtomobillə paytaxtdan bacısının yas mərasimdən qayıdan Lerik rayon sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb. A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinə yaxınlaşdıqdan sonra, dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
"İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır. Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol qəzasının xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.
Unutmayaq ki, sürücünün etinasız yanaşdığı ən xırda məqam, təhlükə anında böyük risklər yarada bilir", BDYPİ-dən bildirilib.
***
10 dekabr, 09.29
Lerikdə yol kənarında dayanmış avtomobil dərəyə aşıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə ötən gecə axşam saatlarında baş verib.
Belə ki, Lerik rayonunun Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsini Dico kəndində yol kənarında saxlayaraq maşından düşüb. Bu zaman minik avtomobili hərəkətə gələrək dərəyə aşıb.
Qəza nəticəsində maşında sərnişin qismində olan sürücünün bacısı 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev meyit Lerik qəza dərə
