Çərşənbə, 22 Aprel, 2026
Tarix: 11 Dec 2025 22:17
Sabunçu rayonu ərazisində yaşadıqları evdə oğul atanı ailə münaqişəsi zəminində qətlə yetirib.
APA xəbər verir ki, dekabrın 11-də axşam saatlarında 2006-cı təvəllüdlü Ayxan Vəlizadə atası 1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirib. O, aldığı xəsarətlərdən ölüb. Polis cinayət əməlində şübhəli bilinən A.Vəlizadəni saxlayıb.
Araşdırma aparılır.