Sumqayıtda 55 yaşlı kişi bıçaqlanıb

Sumqayıtda 55 yaşlı kişi bıçaqlanıb

Tarix: 26 Dec 2023 14:12

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Qəniyev Arif Gülsuvar oğlu aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti