Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 12 Dec 2025 10:48
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib.
Dövlət Xidmətindən APA-ya verilən xəbərə görə, SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunda yerləşən struktur bölmələrin bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ulu Öndər Heydər Əliyev anım günü










