Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 12 Dec 2025 15:15
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 825,4 min və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% çox sərnişin daşınıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
“Bu nəqliyyat növü ilə yükdaşıma 5,2% azalaraq 356,5 min ton olub”, - məlumatda qeyd olunur.
Emil İsmayılov Dövlət Statistika Komitəsi hava nəqliyyatı