Naxçıvana 25 sm qar yağıb - FOTO

Tarix: 13 Dec 2025 10:51

Naxçıvana 25 sm qar yağıb

APA xəbər verir ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 5, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 1 sm qeydə alınıb.

Ceyhun Məmmədov Naxçıvan qar hava

Xəbər Lenti