Gəncədə yük avtomobili yaşlı qadını vuraraq öldürüb

Tarix: 13.12.2025 18:50

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü R. Məmmədovanı vurub.

Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Qəzada ölən piyadanın kimliyi dəqiqləşdirilir.

İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Gəncə qəza

Xəbər Lenti