Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 13 Dec 2025 23:44
İspaniya La Liqasının növbəti turunda “Barselona” doğma meydanda “Osasuna”nı qəbul edib.
Apasport.az xəbər verir ki, görüş katalonların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini Rafinyanın vurduğu qollar həll edib. Braziliyalı yarımmüdafiəçi 70-ci və 86-cı dəqiqələrdə fərqlənərək komandasına üç xal qazandırıb.