Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 14 Dec 2025 14:04
Avstraliyada Sidney şəhərində yəhudilərin Hanuka bayramı ilə bağlı şənliklər zamanı baş verən atışma nəticəsində 10 nəfər həlak olub. Təxminən 60 nəfər yaralanıb.
APA xəbər verir ki, NewsWire-in məlumatına görə, ölənlər arasında uşaqlar və bir polis əməkdaşı da var.
Polis bir şübhəlini saxlayıb və istintaq davam edir.
https://t.me/apa_az/110370***
13:50
Avstraliyanın Sidney şəhərində yerləşən Bondi Beach ərazisində atəş səslərinin eşidilməsindən sonra iki nəfər polis tərəfindən nəzarətə götürülüb.
APA xəbər verir ki, ABŞ-ın CNN telekanalının məlumatına görə, hazırda ölən və ya yaralananlar barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Polis hadisənin səbəblərini araşdırır, saxlanılan şəxslərin bu insidentlə birbaşa əlaqəsinin olub-olmadığı isə istintaq nəticəsində müəyyən ediləcək.
***
13:43
Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.
APA xəbər verir ki, Reuters-in məlumatına görə, Yeni Cənubi Uels polisi sosial şəbəkədə paylaşım edərək “hadisə yerində olan hər kəsə” müraciət edib.
Müraciətdə bildirilir ki, hadisə baş verən ərazidən uzaq dursunlar:
X platformasında yayılan videolarda Bondi çimərliyində insanların qaçması, bir neçə atəş səsi və polis sirenlərinin eşidildiyi görünür.
Avstraliyanın baş naziri Entoni Albanizenin sözçüsü bildirib: “Bondidə aktiv təhlükəsizlik vəziyyətinin mövcudluğundan xəbərdarıq. Yaxınlıqda olan insanları Yeni Cənubi Uels polisindən verilən məlumatlara əməl etməyə çağırırıq.”
Avstraliya Bondi çimərliyi Yeni Cənubi Uels polisi təhlükəsizlik vəziyyəti atəş səsləri polis xəbərdarlığı Reuters ictimai təhlükəsizlik