“Azeri Light”ın qiyməti 85 dollara çatır

“Azeri Light”ın qiyməti 85 dollara çatır

Tarix: 28 Dec 2023 10:32

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.31 dollar və ya 0.37% artaraq 84,51 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti