Bazar ertəsi, 15 Dekabr, 2025
Tarix: 15.12.2025 03:05
Türkiyə Super Liqasında XVI tura start verilib.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Qaziantepspor" öz meydanında "Göztəpə" ilə qarşılaşıb.
Oyun qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Turun mərkəzi matçı isə Trabzonda baş tutub. Şəhərin eyniadlı komandası evdə "Beşiktaş"la üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Qonaqların heyətində El Bilal Ture 38-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Türkiyə Super Liqası XVI tur 15:30. "Qaziantepspor" - "Göztəpə" - 0:1 18:00. "Karagümrük" - "Kocaelispor" - 1:1 21:00. "Samsunspor" - "Başakşəhər" - 0:2 21:00. "Trabzonspor" - "Beşiktaş" - 3:3
ApaSport