Bazar ertəsi, 15 Dekabr, 2025
Tarix: 15.12.2025 02:35
Qaradağ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, "KİA Sorento", "Range Rover", "Changan", "Volkswagen" və "BMW" markalı avtomobillər toqquşub.
Qəza səbəbilə yolda uzun tıxac yaranıb. Hadisə zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Əraziyə Dövlət Yol Polisi və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
https://t.me/apa_az/110392




