Bərdədə yol qəzası olub, xəsarət alan var - FOTO

Bərdədə yol qəzası olub, xəsarət alan var - FOTO

Tarix: 28 Dec 2023 15:19

Bərdədə yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Nəcəfqulubəyli kəndində qeydə alınıb. Bərdənin Qaratəpə kənd sakini, 2005-ci il təvəllüdlü Məmmədov Samir Fazil oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bərdədə yol qəzası olub, xəsarət alan var - FOTO
Bərdədə yol qəzası olub, xəsarət alan var - FOTO

Mənbə: apa.az

Xəbər Lenti