Dövlət Komitəsi: Azərbaycanda din xadimlərinin dini bilikləri qənaətbəxş deyil

Tarix: 15 Dec 2025 10:20

"Azərbaycandakı din xadimlərinin dini bilikləri qənaətbəxş deyil".

APA xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanda dini bilikləri geniş olan din xadimlərinə ehtiyac var: “Bundan əlavə, Azərbaycanda, eləcə də digər ölkələrdə dini radikalizmlə, xurafatla, məzhəbçiliklə mübarizədə məktəb mühüm rol oynayır. Təhsil dünyəvi xarakter daşıyır. Din yalnız şəriətdən ibarət deyil. Dinin mədəniyyət və mənəviyyat tərəfi var. Bu məqamda təhsilin böyük rolu var”.

Qeyd edək ki, konfrans Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Günay Elşən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Gündüz İsmayılov din xadim

Xəbər Lenti