Şabranda qanunsuz ov edən şəxs saxlanılıb

Tarix: 15 Dec 2025 21:24

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 1 nəfər saxlanılıb.

APA-nın məlumatına görə, həmin şəxsdən 1 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Selcan Zaurqızı

Xəbər Lenti