Karlsen oyunlardan əvvəl alkoqol qəbul edirmiş

Karlsen oyunlardan əvvəl alkoqol qəbul edirmiş

Tarix: 29 Dec 2023 15:08

Norveçli qrossmeyster Maqnus Karlsen onlayn şahmat turnirlərində iştirak edərkən spirtli içki qəbul etdiyini etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, o, yalnız onlayn oyunlardan əvvəl bunu etdiyini bildirib:

“Bəli, bəzən spirtli içki qəbul etdikdən sonra onlayn turnirlərdə oynayıram. Amma bu o demək deyil ki, digər şahmatçılara da daha ciddi turnirlərdə bunu tövsiyə edirəm. Şəxsən özüm bunu etməzdim”.

Xatırladaq ki, Səmərqənddə (Özbəkistan) keçirilən rapid üzrə dünya çempionu olan Karlsen müxtəlif onlayn turnirlər təşkil etməklə ad qazanıb. Özbəkistandakı çempionluq onun üçün karyerasında 5-ci olub.

 

Mənbə: qafqazinfo.az

Xəbər Lenti