Biləsuvarda avtomobil dörd piyadanı vurub - ADLAR

Biləsuvarda avtomobil dörd piyadanı vurub - ADLAR

Tarix: 29 Dec 2023 21:03

Biləsuvarda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvar rayon sakini, Rəfail Qubadov idarə etdiyi "Nissan X Trail" markalı nəqliyyat vasitəsi ilə şəhər ərazisində dörd piyadanı vurub.

Piyadalar müxtəlif xəsarətlər alaraq xəstəxanaya aparılıb.

Onların adı aşağıdakı kimidir:

Nemət Məmmədov;

Nurlan Abdullayev;

Səyyar Paşayev;

Zabil Mirzəyevi.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti